Arteta rekord qiymətə aldıqları ulduzun transferini dəyərləndirdi

Arteta rekord qiymətə aldıqları ulduzun transferini dəyərləndirdi

London "Arsenal"ının baş məşçisi Mikel Arteta "Vest Hem"dən transfer edilən Deklan Rays barədə danışıb.

Fanat.Az xəbər verir ki, "Sky Sports" ispan mütəxəssisin dediklərini belə çatdırıb:

"Deklan özünü həm "Vest hem"də, həm də İngiltərə millisində yaxşı tərəfdən göstərmiş, xüsusi oyunçu keyfiyyətlərinə malik futbolçudur. Onun liderlik keyfiyyətləri var. Raysın İPL təcrübəsi də xüsusi vurğulanmalıdır. Belə futbolçunu transfer etdiyimiz üçün şadıq".

Xatırladaq ki, 24 yaşlı Rays "Arsenal"a 122 milyon avroya - İngiltərə futbolu tarixində qeydə alınan ən yüksək qiymətə başa gəlib. Öncəki rekord "Aston Villa"dan "Mançester Siti"yə 117,5 milyon avroya transfer olunmuş Cek Qrilişə məxsus idi.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər