1996-cı ildən "Arsenal"a başçılıq edən Arsen Venger bu günə qədər bir çox dünya səviyyəli futbolçular London klubunun formasını geyindirə bilib. Onların arasında Tyerri Anri, Robert Pires, Patrik Vieyra kimi ulduz var.
Amma Vengerin istəyib, komandasına gətirə bilmədiyi məşhurlar da olub. Bu siyahıda Lionel Messidən Kriştiano Ronaldoya qədər super-ulduzlar var. Onlardan sonuncusu isə Ceymi Vardi oldu.
Fanat.az xəbər verir ki, Avropa mediası Vengerin istəyib, komandasına gətirə bilmədiyi bəzi ulduzların siyahısını hazırlayıb. Həmin siyahını təqdim edirik.
Lionel Messi
Arsen Venger: "Messi gəlmək istəmədiyi üçün transfer baş tutmadı. "Barselona"da qalmağa üstünlük verdi".
Kriştiano Ronaldo
Arsen Venger: "Ən böyük peşmanlığımmı? Ronaldo ilə müqavilə imzalamağa yaxın idim".
Paul Poqba
Arsen Venger: "Onunla maraqlanırdıq. Bura gətirməyə çalışdık. Amma "Yuventus"la texz müqavilə imzaladı".
Dieqo Kosta
Arsen Venger: "Hə, Kostanı istəmişdim. Amma anlaşma gerçəkləşmədi".
Eden Hazard
Arsen Venger: "Hə, onu almaq istəyirdim. Amma maliyyə kriteriyaları buna əngəl oldu".
Zlatan İbrahimoviç
Arsen Venger: "Həmin vaxt Zlatanan 16 yaşı var idi. Ona bizimlə məşqə çıxmağı təklif etdim. Amma qəbul etmədi".
Qaret Beyl
Arsen Venger: "Eşli Koul və Qael Klişi kimi onu da ala bilərdik. Böyük səhv edib almadıq".
Luis Suarez
Arsen Venger: "Bizim kluba gəlmək istədimi? Bunu bilmirəm. O sadəcə gerçəkləşdirmədiyimiz transferlərdən biridi".
Xuan Mata
Arsen Venger: "Mata Kazorla ilə bənzən xüsusiyyətlərə sahibdi. Tam olaraq tarixi xatırlamıram. Amma onunla maraqlanmışdıq".
Yaya Ture
Arsen Venger: "O, ən böyük peşmanlıqlarımdan biridi. Amma bizimlə anlaşmışdı. Sonra Ukraynaya getdi".
Cerard Pike
Arsen Venger: "Fabrenas, Messi və Pikeni almaq istədim. Amma təkcə Fabreqası ala bildim".
Didye Droqba
Arsen Venger: "Le Mans"da oynayarkən onu almaq fürsətini boşa verdim. Onun çox yaxşı futbolçu olacağını bilirdim".
Kesk Fabreqas
Arsen Venger: "Hə, Fabreqas geri dönmək istədi. Amma onun mövqeyinə Mesut Özili almışdıq".
Angel Di Maria
Arsen Venger: "Di Marianı 17 yaşında kəşf etmişdik. Onu çox istədik, amma transfer çalışmasına icazə ala bilmədiyimiz üçün gerçəkləşmədi".
Ceymi Vardi
Arsen Venger: "Vardi hazırda "Leyçester"in oyunçusudu və bildiyim qədər komandada qalacaq".
Fanat.az