Arne Slot "Liverpul"un tarixinə düşdü

Arne Slot "Liverpul"un tarixinə düşdü

İngiltərə Premyer Liqasının 2-ci turunda "Liverpul" doğma meydanda "Brentford"u 2:0 hesabı ilə məğlub edib.

Fanat.Az xəbər verir ki, bu oyun mersisaydlıların yeni baş məşqçisi Arne Slot üçün əlamətdar olub.

"Squawka"-nın məlumatına görə, niderlandlı mütəxəssis klub tarixinə Premyer Liqanın startında ardıcıl iki oyunda qalib gələn ilk məşqçi kimi düşüb.

Xatırladaq ki, "Liverpul" Premyer Liqanın açılış oyununda "İpsviç"i eyni hesabla məğlub edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər