Ardıcıl 2 oyunda qol vura bilməyən "Real Madrid"in baş məşqçisi belə danışdı

Ardıcıl 2 oyunda qol vura bilməyən "Real Madrid"in baş məşqçisi belə danışdı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda "Liverpul"a 0:1 hesabı ilə uduzan, ardından isə La Liqa çərçivəsində səfərdə "Rayo Valyekano" ilə 0:0 hesablı heç-heçə edən "Real Madrid"in baş məşqçisi Xabi Alonso çempionat matçının ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Kral klubu"nun rəsmi saytı belə çatdırıb:

"Böyüməyə, səhvlərimizdən nəticə çıxarmağa davam etməliyik. Bu, "Real"dır. Biz hamımız harada olduğumuzun fərqindəyik. Hələ noyabrdır. İrəlidə uzun yol var. Özümüzə qarşı tələbkar olmalıyıq. 

"Rayo Valyekano" çox hücum etdi. Biz heç də bütün birəbir mübarizələrdən qalib ayrılmadıq. Çox gərgin qarşılaşma idi. İkinci yarıda rəqib yaxşı müdafiə olundu. Onların müdafiəsini yara bilmədik".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər