Araz Abdullayev bu gün yunan klubuna transfer olunacaq

Araz Abdullayev bu gün yunan klubuna transfer olunacaq
Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin "Panionios”a transferi bu gün gerçəkləşəcək. 
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı Yunanıstan mətbuatı yayıb.
Milli komandamızın da şərəfini qoruyan futbolçunun artıq bu ölkədə olduğu və bu gün tibbi müayinədən keçəcəyi bildirilib. Onunla gün ərzində rəsmi müqavilə imzalanacağı iddia olunur. 
Qeyd edək ki, ötən mövsümü icarə əsasında Kiprin "Anortosis" klubunda keçirən A. Abdullayev 2011-ci ilin dekabrından 2012-ci ilin fevralına qədər "Panionios"un formasını geyinib və bu komandanın heyətində 8 oyun keçirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər