"Tottenhem"də baş məşqçi dəyişikliyi ola bilər.
Fanat.Az xəbər verir ki, Antonio Konte ilə vidalaşmağı planlaşdıran İngiltərə klubunun artıq bu posta bir neçə namizədi var.
"The Athletic" məlumatına görə, siyahıya İspaniya millisinin sabiq çalışdırıcısı Luis Enrike başçılıq edir. Bundan əlavə, "Ayntraxt"dan Oliver Qlasner, "Sportinq"dən Ruben Amorim və "Napoli"dən Luçano Spalletti "Tottenhem"in maraqlandığı mütəxəssislər arasındadır.
Röya