"Vest Bromviç"in futbolçusu Nikolya Anelka karyerasına davam edəcək. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat verib.
34 yaşlı forvard sabah məşqlərini bərpa edəcək və bazar günü keçiriləcək oyunun iştirak ərizəsinə düşə biləcək.
Qeyd edək ki, 1 həftə əvvəl Anelka məqşi tərk edərək futbolu atdığını bildirmişdi. Buna səbəb futbolçunun agentinin vəfatı idi. Aneka bu xəbərdən çox təsirlənmişdi, klub da ona bir neçə günlük istirahət vermişdi.