"Ançelottinin Braziliya millisi ilə müqavilə bağlaması qeyri-peşəkarlıqdır" - Roberto Karlos

"Ançelottinin Braziliya millisi ilə müqavilə bağlaması qeyri-peşəkarlıqdır" - Roberto Karlos

Braziliya millisinin və "Real"ın sabiq müdafiəçisi Roberto Karlos Madrid klubunun hazırkı baş məşqçi Karlo Ançelottinin "sambaçılar"ın milli komandası ilə müqavilə imzalamasına inanmadığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, CNN Karlosun dediklərini belə çatdırıb.    “Ançelottinin artıq Braziliya millisi ilə müqaviləsi olduğuna dair məlumatlara inanmıram, çünki onun "Real Madrid"lə etibarlı anlaşması var. Karlo məndən milli komanda haqqında soruşdu, amma yığmamızda işləmək istədiyini demədi. Braziliya millisi ilə müqavilə imzalamaq barədə məlumat çıxanda çox təəccübləndim, bu çox qəribədir. İki müqavilə bağlamaq qeyri-peşəkarlıq olardı”.

Qeyd edək ki, Ançelottinin 2024-cü ilin yayında cənubi amerikalılara rəhbərlik edəcəyini Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges bildirib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər