Ançelotti Vinisius Juniorun intizamsızlığı barədə nə dedi?

Ançelotti Vinisius Juniorun intizamsızlığı barədə nə dedi?

İspaniya çempionatının 31-ci turunda "Jirona"ya 2:4 hesabı ilə uduzan "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti matçın ardından cari mövsümdə 14-cü dəfə sarı vərəqə alan Vinisius Junirla bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin sözlərini AS nəşri belə çatdırıb:

"Onun mövqeyi üçün həddindən artıq çoxdur. Vinisiusla bu barədə bir neçə dəfə danışmışam". 

Qeyd edək ki, bu məğlubiyyətdən sonra "Real"ın lider "Barselona" ilə xal fərqi 11-ə yüksəlib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər