Ançelotti transfer siyahısını "Real" rəhbərliyinə təqdim etdi - ADLAR

Ançelotti transfer siyahısını "Real" rəhbərliyinə təqdim etdi - ADLAR

"Real Madrid" rəhbərliyi baş məşqçi Karlo Ançelottinin rəyinə əsasən cari mövsümün sonunda 4 futbolçudu sıralarına cəlb etməyi planlaşdırır.

Fanat.Az xəbər verir ki, məlumatı "Sport.es" yayıb.

Xəbərə görə, bunlar Vilyam Saliba ("Arsenal"), Manuel Akanci ("Mançester Siti"), Aleksis Mak Allister ("Liverpul") və Sandro Tonalidir ("Nyukasl"). Mənbə sözügedən oyunçuların transferi barədə yekun qərarı "Kral klubu"nun prezidenti Florentino Peresin, baş direktor Xose Anxel Sançesin və baş skaut Yuni Kalafatın birlikdə qəbul edəcəklərini vurğulayıb.

Qeyd edək ki, 33 tura 72 xal toplayan "Real" hazırda La Liqanın turnir cədvəlində 2-ci pillədə mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər