Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti milliini çalışdırmaq üçün Braziliya Futbol Konfederasiyası ilə müqavilə imzalayıb.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder və jurnalist Devid Ornşteyn yayıb.

Xəbərə görə, artıq rəsmi sənədlərə imza atan 65 yaşlı italiyalı mayın 26-dan yeni iş yerində fəaliyyətə başlayacaq. Mənbə Ançelottinin "Kral klubu"nu La Liqanın son turunda "Real Sosyedad"la oyuna çıxarandan sonra İspaniyanı tərk edəcəyini vurğulayıb.

Xatırladaq ki, sözügedən mütəxəssis 2021-ci ildən "Real"ın "sükanı arxası"ndadır. O, 2013-2015-ci illər aralığında da İspaniya nəhənginə rəhbərlik edib.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər