"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın hücumçusu Luka Yoviçin heyətdə qalmasını istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Radio Bruno" yayıb.
İtaliyalı mütəxəssisin 10 klubdan təklif alan serbiyalı forvardla görüşdüyü və onu hər şeyin yaxşı olacağına inandırmağa çalışdığı bildirilib. Xəbərə görə, Ançelotti sözügedən hücumçuya gələn mövsüm daha çox oynamaq şansı verəcəyini də deyib.
Xatırladaq ki, Yoviç 2019-cu ilin yayında Frankfurt "Ayntraxt"ından transfer edilib. Bu keçidə görə Almaniya təmsilçisinə 63 milyon avro ödəyən "Real" uyğunlaşma problemi yaşayan forvardı 2020/21 mövsümünün ikinci yarısında sabiq klubuna icarəyə verib.
Nihat