"Barselona"nın müdafiəçisi Markos Alonso yayda "Barselona"dan ayrılaraq İspaniyanın digər nəhənginə keçəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "Cadena SER" məlumat yayıb.
Xəbərə görə, 33 yaşlı müdafiəçi "Atletiko Madrid"ə keçəcək. Paytaxt klubu artıq futbolçu ilə müqavilənin şərtlərini razılaşdırıb.
"Atletiko" Kataloniya klubundan azad agent kimi ayrılacaq ispaniyalını pulsuz əldə edəcək.
Markos Alonso bu mövsüm La Liqada cəmi 4 oyun keçirib, qol vurmayıb. Onun "Barselona" ilə müqaviləsinin müddəti iyunun 30-na kimidir.
Mirağa