Almeyda "Dinamo"ya, "Fənərbaxça" "Benfika"ya qarşı

Almeyda "Dinamo"ya, "Fənərbaxça" "Benfika"ya qarşı
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçiriləcək.
Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın "Astana” klubu da bu mərhələdə ilk oyununu çıxacaq. "Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv doğma meydanda Xorvatiya "Dinamo”su ilə üz-üzə gələcək.
Türkiyənin "Fənərbaxça” klubu isə səfərdə Portuqaliya "Benfika”sı ilə münasibətlərə aydınlıq gətirəcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyunlar
7 avqust
18.00 Astana (Qazaxıstan) - Dinamo (Zaqreb, Xorvatiya)
21.00 Qarabağ (Azərbaycan) - BATE (Belarus)
21.15 Malmö (İsveç) - Videoton (Macarıstan)
21.30 Slaviya (Praqa, Çexiya) - Dinamo (Kiyev, Ukrayna)
22.00 Standard (Belçika) - Ayaks (Hollandiya)
22.00 Srvena Zvezda (Serbiya) - Spartak (Trnava, Slovakiya)
23.00 Benfika (Portuqaliya) - Fənərbaxça (Türkiyə)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər