Almaniyanı dünya çempionu edən futbolçu vəfat etdi

Almaniyanı dünya çempionu edən futbolçu vəfat etdi

1990-cı ildə keçirilən dünya çempionatının finalında vurduğu qolla Almaniyanı çempion edən Andreas Brehme vəfat edib.

Fanat.Az xəbər verir ki, veteran futbolçu 64 yaşında ürək tutmasından dünyasını dəyişib.

Brehme 1990-cı ildə İtaliyada almanlara dünya çempionluğu qazandıran qolun müəllifi olmaqla Maradonalı Argentinanı tituldan məhrum edib. O, 1984-1994 illər aralığında forma geyindiyi yığmada 86 oyun keçirib və 8 qol vurub. 

Sol cinah müdafiəçisi mövqeyində oynayan Brehme karyerası ərzində "Barmbek-Uhlenhorst", "Saarbrükken", "Kayzerslautern", "Bayern Münhen", "İnter Milan" və "Saraqosa" klublarında çıxış edib. O, “Kayzerslautern” və “Bayern” ilə Almaniya Bundesliqasının, İtaliyada isə “İnter”lə A Seriyasının qalibi olub. Brehme 1991-ci ildə Milan klubu ilə UEFA kubokunu da qazanıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər