Almaniyadan Çinə 29 milyonluq transfer

Almaniyadan Çinə 29 milyonluq transfer

Almaniyanın "Köln" klubunun futbolçusu Antoni Modeste Çinə transfer olunub. Fanat.Az xəbər verir ki, 29 yaşlı forvard "Tianjin Quanjian"k klubuna keçib.

Çinlilər bu transferə görə Bundesliqa klubuna 29 milyon avro ödəyəcək. Bununla da Modeste "Köln"ün tarixi ərzində satdığı ən bahalı futbolçu olub. Bundan əvvəlki rekord Lukas Podolskiyə məxsus idi. "Köln" onu "Bavariya"ya 15 milyon avroya satmışdı.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər