Almaniyada transfer bombası prartladı

Almaniyada transfer bombası prartladı

"Bavariya" transfer bombasını partlatmağa hazırlaşır. Fanat.Az xəbər verir ki, Münhen klubu Julian Brandti heyətinə qatır.

"Bild"in məlumatına görə, "Bayer"lə 2019-cu ilədək müqaviləsi olan 20 yaşlı futbolçunun anlaşması bu mövsümün əvvəlində yenilənib və azad olma maddəsi 12.5 milyon avrodan 30 milyona qaldırılıb. "Bavariya" bu məbləği ödəməyə hazırdı. Münhen klubu Julian Brandti heyətinə qataraq 33 yaşlı Aryen Robbenin yerini doldurmaq istəyir.

Qeyd edək ki, "Bayer" Jullian Brandti 2014-cü ildə "Volfsburq"un U-19 komandasından 350 min avroya alıb. Hazırda "Transfermarkt" ona 20 milyon avro qiymət qoyub. Cari mövsümdə 32 rəsmi oyuna çıxan gənc futbolçu 3 qol vurub və 7 məhsuldar ötürmə edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər