Almaniyada transfer bombası partladı

Almaniyada transfer bombası partladı
"Şalke 04" "Bazel"in gənc ulduzu Breel Embolonu heyətinə qatıb. Fanat.az xəbər verir ki, Bundesliqa klubu 19 yaşlı forvardla 5 illik müqavilə imzalayıb.
Klub transferlə bağlı yaydığı açıqlamada müqavilənin maliyyə tərəfləri barədə açıqlama verilməyib. Almaniya mediası isə "Şalke 04" bu transferə görə "Bazel"ə 25 milyon avro ödəyəcək.
Qeyd edək ki, Breel Embolo 13 yaşında - 2010-cu ildə İsveçrənin "Old Boys" klubundan "Bazel"ə keçib. 2014-cü ildə əsas komandaya yüksələn Kamerun əsillə hücumçu 90 rəsmi oyuna çızıb və 30 qol vurub. O, 2015-ci ildən dəvət aldığı İsveçrənin A millisində 13 oyun keçirib və 1 qol vurub. Breel Embolo İsveçrənin Avropa çempionatına yollanan heyətində yer alıb. O, komandanın keçirdiyi 4 oyunun hamısında meydana çıxıb və 160 dəqiqə oynayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər