Almaniya nəhənginin yeni transferi zədələndi

Almaniya nəhənginin yeni transferi zədələndi

"Bayern"in müdafiəçisi Saşa Boe zədələnib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, komandanın məşqi zamanı sıradan çıxıb. 23 yaşlı fubolçu artıq tibbi müayinədən keçib və onun bud nahiyəsində zədə aşkarlanıb. 

Saşanın yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb. Amma onun bir neçə həftə oynamayacağı bildirilib. 

Xatırladaq ki, Saşa Boe bu qış “Qalatasaray”dan “Bayern”ə 30 milyon avroya keçib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər