Almaniya nəhəngi Ukrayna millisinin üzvünə elçi düşdü

Almaniya nəhəngi Ukrayna millisinin üzvünə elçi düşdü

"Bayern Münhen" heyətini gücləndirmək baxımından yeni futbolçu gözaltı edib. 

Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, Münhen nəhəngi Ukrayna millisinin hücumameylli yarımmüdafiəçisi Viktor Tsqankovla maraqlanır.

25 yaşlı Tsqankov Kiyev "Dinamo"sunun yetirməsidir və yanvar ayından İspaniyada "Jirona" klubunda çıxış edir. La Liqa klubunda özünü yaxşı tərəfdən göstərən futbolçu Bundesliqa təmsilçisinin skautlarının diqqətini cəlb edib. 

Xəbərə görə, "Jirona" Tsıqankov üçün ən azı 30 milyon avro tələb edəcək. 

Ukrayna "Dinamo"su da bu transferdən böyük pay alacaq. Belə ki, anlaşmaya görə, Tsqankovun növbəti transfer məbləğinin yarısı ukraynalılara çatacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər