Almaniya nəhəngi futbolçusuna qiymət qoydu - Fantastik qiymət

Almaniya nəhəngi futbolçusuna qiymət qoydu - Fantastik qiymət

"Bayern" yarımmüdafiəçisi Yozua Kimmixi satmağa hazırdır. 

Fanat.Az xəbər verir ki, bu barədə Almaniya nəşri "Kicker" məlumat yayıb.

Mənbənin məlumatına görə, Münhen klubu bunun üçün yeganə şərtin ən azı 80 milyon avroluq təzminat tələbinin ödənməsidir. Bundesliqa nəhənginə hələlik belə təkliflər daxil olmayıb.

Halbuki, Kimmixin adı uzun müddət "Barselona" ilə hallandırılırdı. "Blauqranas"ın maliyyə problemlərini nəzərə alaraq, klub müqaviləni həyata keçirmək üçün həmin məbləği tapa bilməyəcək. 28 yaşlı almaniyalı futbolçu "Mançester Siti"nin də maraq dairəsindədir. "Şəhərlilər"in mövsümün yarısını icarə əsasında Münhendə keçirən futbolçusu Joau Kanselunu da anlaşamaya daxil etməyə hazır olduğu bildirilir.  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər