Almaniya nəhəngi bu həftə 2 transferi birdən reallaşdıracaq

Almaniya nəhəngi bu həftə 2 transferi birdən reallaşdıracaq

"Borussiya Dortmund" klubu bu həftə iki transferi tamamlamağı planlaşdırır.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, alman klubu vinger Ceydon Sanço (“Mançester Yunayted”) və müdafiəçi Yan Matsenin (“Çelsi”) icarə müqavilələri ilə bağlı danışıqlar uğurla gedir. "Borussiya" hər iki müqavilənin bu həftə yekunlaşacağına inanır. 

Sanço ilə bütün detallar razılaşdırılıb. "Mançester Yunayted" keçidi təsdiqləyən kimi futbolçu Dortmunda getməyə hazırdır . "Çelsi" isə hələ Matsenin icarə şərtlərini dəqiqləşdirməyə davam edir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər