Almaniya millisinin baş məşqçisi İngiltərə klubunu çalışdıracaq

Almaniya millisinin baş məşqçisi İngiltərə klubunu çalışdıracaq

AÇ-2024-ün sonunda müqaviləsi başa çatacaq Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann karyerasını İngiltərədə davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, növbəti mövsüm üçün yeni baş məşqçi axtarışında olan Premyer Liqa klubu "Nyukasl" onun xidmətində maraqlıdır. 

İnformasiyanı tanınmış insayder Kristian Falk yayıb. Mənbənin məlumatına görə, "sağsağanlar"ın işləri asanlaşdıran məqam Nagelsmannın komandanın müdafiəçisi Fabian Şer ilə eyni agentlikdə təmsil olunmasıdır.

Nagelsmann özü karyerasını harada davam etdirmək niyyətində olduğuna hələ qərar verməyib. Onun "Liverpul"un baş məşqçi postuna namizədlər siyahısında olduğu da bildirilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər