Almaniya millisində yeni baş məşqçi

Almaniya millisində yeni baş məşqçi
Almaniya millisinin yeni baş məşqçisi məlum olub.
 
Fanat.Az ölkənin futbol ittifaqının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Hans-Diter Flikə həvalə olunub. 
 
56 yaşlı mütəxəssislə üç illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, son olaraq Almaniyanın "Bavariya” klubunda çalışan Flik AÇ-2020-dən sonra Almaniya millisinin "sükanı arxasına” keçəcək. O, hazırkı baş məşqçi Yoahim Lövü əvəzləyəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər