Almaniya millisində sürpriz - Baş məşqçi 2 ulduzun xidmətinə ehtiyac duymadı

Almaniya millisində sürpriz - Baş məşqçi 2 ulduzun xidmətinə ehtiyac duymadı

Dortmund "Borussiya"sının müdafiəçisi Mats Hummels və "Bayern Münhen"in yarımmüdafiəçisi Leon Qoretska bu yay Almaniyada keçiriləcək Avropa çempionatını buraxacaq. 

Fanat.Az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. 

Mənbənin məlumatına görə, hər iki futbolçu Almaniya millisinin baş məşqçisi Julian Nagelsmannın bu cümə axşamı açıqlayacağı yekun ərizəsinə daxil edilməyəcək.

Xatırladaq ki, Hummels “Borussiya” ilə Çempionlar Liqasının finalına yüksəlib. PSJ-yə qarşı ikinci yarımfinal matçının nəticəsinə görə, 35 yaşlı mərkəz müdafiəçisi görüşün ən yaxşı oyunçusu seçilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər