Almaniya Kubokunun qalibi müəyyənləşib. Fanat.az xəbər verir ki, final matçında “Bavariya” və “Borussiya” (Dortmund) qarşılaşıb.
Berlindəki "Olimpiaştadion"da keçirilən oyunun əsas və əlavə vaxtı qolsuz bərabərliklə yekunlaşıb. Qalib penalti seriyasında müəyyənləşib. Bu zaman daha dəqiq olan Münhen klubunun futbolçuları qələbəyə sevinib - 4:3.
Beləliklə, "Bavariya" mövsümü "Qızıl dubl"la başa vurub. Bu, Münhen klubunun qazandığı 18-ci ölkə kuboku olub.
Fanat.az