Almaniya Kubokunun qalibi bilindi

Almaniya Kubokunun qalibi bilindi

Futbol üzrə Almaniya Kubokunun qalibi bəlli olub.

Fanat.Az xəbər verir ki, həlledici matçda "Bayer Leverkuzen"lə "Kayzerslautern" qarşılaşıblar.

Berlindəki "Olimpiaştadion"da baş tutan qarşılaşmada hesabı 16-cı dəqiqədə açan Xabi Alonsonun komandası 44-cü dəqiqədən azlıqda oynayıb. Lakin Qranit Cakanın vurduğu qola cavab verən tapılmayıb və yekunda 1:0 hesablı qələbəyə sevinən "Bayer" tarixində ikinci dəfə ölkə kubokuna sahib çıxıb. "Əczaçılar" daha öncə 1992/1993 mövsümündə anoloji uğura imza atmışdılar.

Qeyd edək ki, cari mövsüm Almaniya çempionu da ola "Bayer" Avropa Liqasının finalında "Atalanta"ya 3:0 hesabı ilə uduzub.

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər