Almaniya Kubokunda 2020/21 mövsümünün qalibi müəyyələşib.
Fanat.Az xəbər verir ki, həlledici oyunda "Laypsiq”lə Dortmund "Borussiya”sı üz-üzə gəlib.
Oyun bol qollu alınıb. Dortmundlular mükafata 4:1 hesablı darmadağınla sahib çıxıb.
"Borussiya” tarixində 5-ci dəfə Almaniya Kubokunun qalibi olub. Dortmund təmsilçisi "Şalke” və "Ayntraxt”a (Frankfurt) çatıb. Bu 3 komandadan daha çox "Verder” (6 dəfə) kuboku başı üzərinə qaldırıb. Rekord isə "Bavariya”ya məxsusdur. Münhenlilərin 20 belə uğuru var.
Almaniya Kuboku
Final
13 may
Laypsiq – Borussiya (Dortmund) 1:4
Qollar: Olmo, 71 – Sanço, 5; 45. Haland, 28; 87.
Fanat.Az