Almaniya Kuboku: Bütün yarımfinalçılar müəyyənləşdi

Almaniya Kuboku: Bütün yarımfinalçılar müəyyənləşdi

Futbol üzrə Almaniya kubokunda 1/4 final mərhələsinə yekun vurulub. 

Fanat.Az xəbər verir ki, son oyun günündə üç matç keçirilib.

Səfərdə “Hannover”lə üz-üzə gələn “Layptsiq” yarımfinala darmadağınla çıxıb.

“Hamburq” - “Karlsrue” qarşılaşmasının taleyini oyunsonrası penaltilər müəyyənləşdirib. Meydan sahibləri sevinən tərəf olub. 

Rəqib meydanında “Bohum”u yenən “Frayburq” da adını yarımfinala yazdıra bilib.

Almaniya Kuboku 1/4 final

2 mart   Hamburq – Karlsrue 2:2 (penaltilər, 3:2) Qollar: Qlatsel, 52; 90+1 – Hayse, 40. Hofmann, 50.    Hannover – Layptsiq 0:4 Qollar: Nkunku, 17; 22. Laymer, 67. A.Silva, 73.   Bohum – Frayburq 1:2 Qollar: Polter, 64 – Petersen, 51. Sallai, 120.   1 mart   Union Berlin – Sankt Pauli 2:1 Qollar: Bekker, 45. Voqlzammer, 75 – Kyereh, 21.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər