Almaniya klubu baş məşqçisini istefaya göndərdi

Almaniya klubu baş məşqçisini istefaya göndərdi

Almaniyanın "Şalke 04" klubu baş məşqçisi Dimitrios Qrammozisi istefaya gğndərib.

Fanat.Az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa klubu rəsmi saytı vasitəsilə açıqlama yayıb.

44 yaşlı yunanıstanlı mütəxəssislə birlikdə onun köməkçiləri Sven Pipenbrok və Uil Kurtla da yollar ayrılıb.

Klubun idman direktoru Ruven Şreder açıqlamasında komandanın Bundesliqaya çıxmaq şanslarının davam etdiyini və bu üzdən məşqçilər heyətində yeni nəfəsə ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, "Şalke 04" 25 turdan sonra 41 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komandanı lider "Darmştadt"dan cəmi 6 xal ayırır.

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov "Şalke 04"-ün U-23 komandasında çıxış edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər