Almaniya futbolunun rəhbəri istefa verdi

Almaniya futbolunun rəhbəri istefa verdi
Almaniya Futbol Federasiyasının prezidenti Frits Keller istefa verib.
Fanat.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Aprelin 23-də təşkilatın rəyasət heyətinin iclasında baş verən qalmaqala görə Keller vəzifəsini tərk etməli olub.
Sözügedən iclasda  Keller federasiyanın vitse-prezidenti Rayner Koxu Nasist Xalq Tribunalının sədri Roland Freyslerlə müqayisə edib. Bundan sonra Keller həmkarından üzr istəyib, lakin Kox onun üzrü qəbul etməyib.
Qeyd edək ki, 64 yaşlı funksioner 2019-cu ildən Almaniya futboluna rəhbərlik edirdi.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər