Almaniya Bundesliqasının "Hannover 96" - "Volfsburq" oyununda şok hadisə baş verib. Fanat.az xəbər verir ki, dünən baş tutan XXIV turun açılış matçından əvvəl ev sahibi komandanın ehtiyat oyunçular skamiyasına məşəl atılıb.
Hadisə oyunun start fitindən əvvəl baş verib. Qonaq azarkeşlərin atdığı məşəl ehtiyat oyunçular skamyasına düşüb. Futbolçular dərhal skamyanı tərk edib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qeyd edək ki, oyun "Volfsburq"un 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Fanat.az