Almaniya Bundesliqası: "Şalke" evdə uduzdu

Almaniya Bundesliqası: "Şalke" evdə uduzdu

Almaniya Bundesliqasında 8-ci tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.

“Herta” öz meydanında “Hoffenhaym”la bərabərliyə razılaşıb. Yetərincə məhsuldar alınan “Şalke” - “Auqsburq” görüşündə sevinən tərəf qonaqlar olub.

8 turdan sonra zirvədə qərarlaşan “Union Berlin” və “Frayburq” komandalarının hesabında 17 xal var. “Bayern Münhen” və Dortmund “Borussiya”sı isə 15 xalla 3-4-cü pillələri bölüşürlər.

Almaniya Bundesliqası

VIII tur

2 oktyabr

Herta – Hoffenhaym 1:1 Qollar: Lukebakio, 37 – Kramariç, 25.

Şalke – Auqsburq 2:3 Qollar: Terodde, 33. Krauss, 63 – Demiroviç, 9; 21. Han, 77.

1 oktyabr

Ayntraxt – Union Berlin 2:0 Qollar: Götze, 12, Lindstrem, 42. 

Köln – Borussiya Dortmund 3:2 Qollar: Kaynts, 53, Tiqqes, 56, Lyubiçiç, 71, Şmits, 78-öz qapısına - Brandt, 31. 

Frayburq – Maynts 2:1 Qollar: Qreqoriç, 3, Kyerex, 37 - Martin, 52. 

Layptsiq – Bohum 4:0  Qollar: Verner, 15; 53, Nkunku, 23-pen; 85. 

Volfsburq – Ştutqart 3:2 Qollar: Marmuş, 23, Arnold, 38, Qerhardt, 90+1 - Qirassi, 22, Mavropanos, 45+1. 

Verder – Borussiya Mönhenqladbax 5:1 Qollar: Füllkruq, 5; 13, Dukş, 8, Vayzer, 73 - Bensebaini, 37-öz qapısına, Türam, 63. 

30 sentyabr

Bayern Münhen – Bayer Leverkuzen 4:0 Qollar: Sane, 3. Musiala, 17. Mane, 39. Müller, 84.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər