Almaniya Bundesliqası: Lider də qazandı, təqibçisi də

Almaniya Bundesliqası: Lider də qazandı, təqibçisi də
Almaniya Bundesliqasında 19-cu turun oyunları keçirilir.
 
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə altı matç baş tutub.
 
Lider "Bavariya” "Hoffenhaym”ı, Dortmund "Borussiya”sı isə "Auqsburq”u yenib. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Laypsiq” isə ən yaxın izləyicisi "Bayer”i üstələməyi bacarıb.
 
"Union Berlin”in qonağı olan Mönhenqladbax "Borussiya”sı xal itirib. "Verder” – "Şalke” görüşü də heç-heçə yekunlaşıb. "Ayntraxt” isə "Herta”nı məğlub yola salıb.
 
Almaniya Bundesliqası
19-cu tur
29 yanvar
 
Ştutqart – Maynts 2:0
Qollar: Kaladziç, 55. Vamanqituka, 72.
 
30 yanvar
 
Union Berlin – Borussiya (Münhenqladbax) 1:1
Qollar: Knoxe, 31 – Plea, 59.
 
Verder – Şalke 1:1
Qollar: Mohvald, 77 – Maskarell, 38.
 
Borussiya (Dortmund) – Auqsburq 3:1
Qollar: Dileyni, 26. Sanço, 63. Uduokhai, 75-öz qapısına – Han, 10.
 
Bavariya – Hoffenhaym 4:1
Qollar: Boatenq, 32. Müller, 43. Levandovski, 57. Qnabri, 63 – Kramariç, 44.
 
Ayntraxt – Herta 3:1
Qollar: A.Silva, 67; 90+5-pen. Hinteregger, 85 – Pyontek, 66.
 
Laypsiq – Bayer 1:0
Qol: Nkunku, 51.
 
31 yanvar
 
18:30 Köln – Arminiya
21:00 Volfsburq – Frayburq
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər