Almaniya Bundesliqası: "Herta"dan qələbə

Almaniya Bundesliqası: "Herta"dan qələbə
Almaniya Bundesliqasında 31-ci turdan təxirə salınmış oyun keçirilib.
 
Fanat.Az xəbər verir ki, elitadan düşəcəyi dəqiqləşən autsayder - "Şalke” "Herta”nı qəbul edib.
 
Rəqib meydanında qələbə qazanan "Herta” 13-cü yerə qalxıb. 
 
Xatırladaq ki, "Herta”da bir müddət əvvəl koronavirusa kütləvi yoluxma səbəbindən üç oyunu təxirə salınmışdı. Bu, həmin təxirə salınmış qarşılaşmalardan sonuncusu idi.
 
Almaniya Bundesliqası
31-ci turun oyunu
12 may
 
Şalke – Herta 1:2
Qollar: Harit, 6 – Boyata, 19. Nqankam, 74.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər