Almaniya Bundesliqası: "Borussiya"dan 5 qol

Almaniya Bundesliqası: "Borussiya"dan 5 qol

Almaniya Bundesliqasında 9-cu tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə 3 matç keçirilib.

“Herta” - “Frayburq” görüşü bərabərlikə bitib. Mönhenqladbax “Borussiya”sı öz meydanında “Köln”ü darmadağın edib. “Ştutqart”la qarşılaşan “Union Berlin” isə minimal hesabla qalib gəlib.

“Union Berlin” bu qələbədən sonra 20 xalla zirvədə qərarlaşıb. “Frayburq” 18 xalla ikincidir. “Bayern Münhen” ilə Dortmund “Borussiya”sının isə hərəyə 16 xalı var.

Almaniya Bundesliqası

IX tur

9 oktyabr

Borussiya Mönhenqladbax – Köln 5:2 Qollar: Fridrix, 27. Bensebaini, 45+2-pen; 76. Ştindl, 47. M.Turam, 90+1 – Kaynts, 31. Huseynbaşiç, 83.

Herta – Frayburq 2:2 Qollar: Lukebakio, 34-pen. S.Serdar, 61 – Kyere, 22. Şade, 78.

Ştutqart – Union Berlin 0:1 Qol: Yekkel, 76.

8 oktyabr

Auqsburq – Volfsburq 1:1 Qollar: Qumni, 5 – Gerhardt, 27.

Bayer Leverkuzen – Şalke 4:0 Qollar: Diabi, 38. Frimponq, 41; 53. Paulinyo, 90.

Bohum – Ayntraxt 3:0 Qollar: Hofmann, 71. Ndikka, 87-öz qapısına. Forster, 90+1.

Maynts – Layptsiq 1:1 Qollar: İnqvartsen, 45 – Nkunku, 80.

Borussiya Dortmund – Bayern Münhen 2:2 Qollar: Mukoko, 74. Modeste, 90+5 – Qoretska, 33. Sane, 53.

7 oktyabr

Hoffenhaym - Verder Bremen1:2 Qollar: Munas Dabur, 32. - Marvin Dukş, 18. Niklas Fülkruq  87 - pen. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər