Almaniya Bundesliqası: "Borussiya" uduzdu, çempion bərabərə qaldı

Almaniya Bundesliqası: "Borussiya" uduzdu, çempion bərabərə qaldı
Almaniya Bundesliqasında 33-cü tura start verilib.
 
Fanat.Az xəbər verir ki, ilk oyun günündə yeddi görüş reallaşıb.
 
Ötən tur çempionluğu rəsmiləşən "Bavariya” səfərdə "Frayburq”la bərabərliyə razılaşıb. 
 
Bundesliqada qalmaq uğrunda mübarizə aparan "Köln” rəqib meydanında "Herta” ilə heç-heçə edibsə, "Arminiya” evdə "Hoffenhaym”la oyundan 1 xalla ayrılıb.
 
Mönhenqladbax "Borussiya”sı öz meydanında "Ştutqart”a uduzub. "Auqsburq” "Verder”i, "Şalke” isə "Ayntraxt”ı yenib.
 
Almaniya Bundesliqası
33-cü tur
15 may
 
Arminiya – Hoffenhaym 1:1
Qollar: Voqlzammer, 23 – Kramariç, 5.
 
Auqsburq – Verder 2:0
Qollar: Xedira, 57. Kaliqiuri, 90-pen.
 
Borussiya (Mönhenqladbax) – Ştutqart 1:2
Qollar: Ştindl, 45 – Endo, 72. Kaladziç, 77.
 
Frayburq – Bavariya 2:2
Qollar: Gulde, 29. Gunter, 81 – Levandovski, 26-pen. Sane, 53.
 
Herta – Köln 0:0
 
Şalke – Ayntraxt 4:3
Qollar: Huntelaar, 15. İdrisi, 52. Flik, 60. Hoppe, 64 – A.Silva, 29; 72. Ndikka, 51.
 
Bayer – Union Berlin 1:1
Qollar: Virts, 27 – Pohjanpalo, 72.
 
16 may
 
20:00. Maynts – Borussiya (Dortmund)
22:30. Laypsiq – Volfsburq
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər