Almaniya Bundesliqası: "Bavariya" xal itirdi, "Laypsiq" səfərdə coşdu

Almaniya Bundesliqası: "Bavariya" xal itirdi, "Laypsiq" səfərdə coşdu
Almaniya Bundesliqasında 28-ci turun oyunları keçirilir.
 
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə beş matç baş tutub.
 
Lider "Bavariya” öz meydanında "Union”u yenə bilməyib.
 
Turnir cədvəlinin 3-cü sırasında yer alan "Volfsburq” ən yaxın izləyicisi "Ayntraxt”la qarşılaşıb. Yeddi qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 
Dortmund "Borussiya”sı "Ştutqart”ın qonağı olub və çətin qələbəyə sevinib. "Laypsiq” isə səfərdə "Verder”i böyük hesabla məğlub edib.
 
Almaniya Bundesliqası
28-ci tur
9 aprel
 
Arminiya – Frayburq 1:0
Qol: Santamariya, 68-öz qapısına.
 
10 aprel
 
Bavariya – Union 1:1
Qollar: Musiala, 68 – İnqvartsen, 86.
 
Ayntraxt – Volfsburq 4:3
Qollar: Kamada, 8. Yoviç, 27. A.Silva, 54. Durm, 61 – Baku, 6. Veqorst, 46. Tuta, 85.
 
Herta – Borussiya (Mönhenqladbax) 2:2
Qollar: Askakibar, 23. Kordoba, 49 – Plea, 27. Ştindl, 38.
 
Verder – Laypsiq 1:4
Qollar: Raşiça, 61 – Olmo, 23. Sorlot, 32; 41. Sabitzer, 63.
 
Ştutqart – Borussiya (Dortmund) 2:3
Qollar: Kaladziç, 17. Didavi, 78 – Bellingem, 47. Roys, 52. Knauff, 80.
 
11 aprel
 
17:30 Şalke – Auqsburq
20:00 Köln – Maynts
 
12 aprel
 
22:30 Hoffenhaym – Bayer
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər