Almaniya Bundesliqası: "Bavariya", "Ştutqart" və "Borussiya"dan darmadağın

Almaniya Bundesliqası: "Bavariya", "Ştutqart" və "Borussiya"dan darmadağın
Almaniya Bundesliqasında 23-cü turun oyunları keçirilir.
 
Fanat.Az xəbər verir ki, şənbə günü daha beş qarşılaşma baş tutub.
 
"Ştutqart” "Şalke”ni darmadağın edibsə, "Volfsburq” "Herta” üzərində inamlı qələbəyə sevinib.
 
Lider "Bavariya” bu turda "Köln”ü qəbul edib və böyük hesabla qalib gəlib.
 
Dortmund "Borussiya”sı da autsayder "Arminiya”ya yerini göstərib.
 
Turnir cədvəlinin 2-ci sırasında qərarlaşan "Laypsiq”in rəqibi isə Mönhenqladbax "Borussiya”sı olub. Beş qolun qeydə alındığı bu görüşdə qələbəni meydan sahibləri bayram edib.
 
Almaniya Bundesliqası
23-cü tur
26 fevral
 
Verder – Ayntraxt 2:1
Qollar: G.Selassie, 47. Sargent, 62 – A.Silva, 9.
 
27 fevral
 
Bavariya – Köln 5:1
Qollar: Şupo-Motinq, 18. Levandovski, 33; 65. Qnabri, 82; 86 – Skhiri, 49.
 
Ştutqart – Şalke 5:1
Qollar: Endo, 10; 26. Kaladziç, 34. Kleman, 88. Didavi, 90+2 – Kolaşinaç, 40.
 
Volfsburq – Herta 2:0
Qollar: Klunter, 38-öz qapısına. Lakro, 89.
 
Borussiya (Dortmund) – Arminiya 3:0
Qollar: Dahud, 48. Sanço, 58-pen. Reynier, 81.
 
Laypsiq – Borussiya (Mönhenqladbax) 3:2
Qollar: Nkunku, 57. Poulsen, 66. Sorlot, 90+3 – Hofmann, 6-pen. Turam, 19.
 
28 fevral
 
16:30. Union Berlin – Hoffenhaym
18:30. Maynts – Auqsburq
21:00. Bayer – Frayburq
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər