Alman ulduz "Real Madrid"i niyə gözlədir?

Alman ulduz "Real Madrid"i niyə gözlədir?

"Real Madrid"in yarımmüdafiəçisi Toni Kroos klubunun yeni müqavilə təklifinə "hə" deməyə tələsmir.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, hazırda almaniyalı oyunçu klubunun müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulan anlaşma istəyi üzərində düşünür.

Mənbə 32 yaşlı oyunçunun Madriddə qalmaq istədiyini, lakin gələcəkdə komandaya əlavə yük olmamaq üçün hər şeyi götür-qoy etdiyini vurğulayıb.

Kroos 2014-cü ilin iyulundan "Real"ın uğurları üçün çalışır. Onun İspaniya nəhəngi ilə olan indiki müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir. "Transfermarkt" portalı orta xətt oyunçusunun transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər