Almaniyanın "Borussiya" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Fanat.az xəbər verir ki, Dortmund təmsilçisi "Volfsburq"dan Andre Şkürrleni transfer edib.
Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Bundesliqa təmsilçisi sözgedən keçid üçün "canavarlar"a 28 milyon avro transfer haqqı ödəyiob. Şkürrle ilə isə 5 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, "Borussiya" bundan əvvəl sabiq futbolçusu Mario Götzeni də yenidən heyətinə qatıb.
Fanat.az