Alman klubu millimizin üzvünə müqavilə təklif edir

Alman klubu millimizin üzvünə müqavilə təklif edir
"Fortuna" millimizin üzvü Tuğrul Eratla yeni müqavilə imzalayacaq. Fanat.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, yayda "Fortuna"nın 11 futbolçusu ilə müqaviləsi bitəcək. Klub rəhbərliyi oqnlardan bəziləri ilə yeni anlaşma imzalamaq istəyir. Onlardan biri də Tuğrul Erat olacaq.
Qeyd edək ki, Tuğrul "Fortuna"nın əsas heyətinə dekabrda cəlb olunub. O, bu müddətdə II Bundesliqada 9 oyuna çıxaraq 810 dəqiqə oynayıb və 2 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər