Alman futbolçular borc bataqlığında üzür

Alman futbolçular borc bataqlığında üzür
Alman futbolçular karyeralarını bitirdikdən sonra ciddi çətinliklərlə üzləşirlər. Fanat.az xəbər verir ki, gənclik illərində rahat həyat və lüks imkanlar ardınca qaçan oyunçular yaşıl meydanlarla vidalaşdıqdan sonra borc bataqlığına düşürlər.
Almaniyada Futbolçuların Həmkarlar İttifaqı (VDV) futbolçuların sadəcə 10 faizinin karyerasını bitirdikdən sonra idman sahəsində çalışa bildiyini açıqlayıb. VDV prezidenti Ulf Baranovski gələcəyini yaxşı planlaşdırmayan futbolçuların həyatlarının qalan şissəsini çətinliklər və borc içində yaşamalı olduğunu bildirib: "Peşəkar futbolçuların 95 faizi karyerasını bitirdikdən sonra futbol sahəsində çalışmaq istəyir. Amma bunu bacaranların sayı o qədər də çox deyil. Futbolçuların 25 faizi karyerasını bitirdikdən sonra borca düşür". 
Baranovski əsasən 23 yaşından aşağı futbolçuların dəbdəbəli həyat dalınca qaçdığını vurğulayıb: "Amma çoxlarının bu arzusu reallaşmır. Çünki futbol sektorunda çalışmaq çox çətindi. Çox yaxşılar var və bu imkanlar azdı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər