İtalyan mütəxəssis Massimiliano Alleqri yenidən "Yuventus"un baş məşqçisi ola bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Nəşrin xəbərinə görə, komandanın hazırki baş məşqçisi Andera Pirlonun istefaya göndərilməsi gündəmdə olduğu üçün klub onun yerinə mütəxəssis axtarışındadır. Alleqri də bu posta namizədlər sırasında yer alıb. İddiaya görə, 53 yaşlı məşqçi ilə "Yuventus" klubunun rəhbərliyi arasında ötən gün Turində görüş keçirilib.
Qeyd edək ki, Massimiliano Alleqri 2014-19-cu illərdə "Yuventus"a başçılıq edib.
Röya