Alleqri Messini transfer etmək istədiklərini təsdiqlədi

Alleqri Messini transfer etmək istədiklərini təsdiqlədi

Argentinanın "Nyuells Old Boyz" klubunun vitse-prezidenti Pablo Alleqri, müqaviləsi cari mövsümün sonunda başa çatacaq PSJ-nin hücumçusu Lionel Messini transfer etmək istədiklərini açıqlayıb. 

Fanat.Az xəbər verir ki, klub funksioneri bu barədə Rosarioda yerləşən yerli "La Red Rosario" radiosuna danışıb.

“Bu arzumuzu gerçəkləşdirməyə çalışacağıq. Buradakı insanlar ona hörmət edirlər.

Messini Nyuellsə gətirməyə 100 faiz sadiqik. Bu hər kəsin arzusudur. Bütün argentinalı və hətta amerikalı azarkeşlər onun bura köçməsini istəyirlər”.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər