"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri postunu tərk etməyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Martsio məlumat yayıb.
Onun sözlərinə görə, italiyalı mütəxəssis 2023/24-ci illər mövsümündə də komandanı çalışdıracaq.
Ötən gün keçirilən klubdaxili iclasda bununla bağlı qərar verilib. Alleqrinin göndərilməməsinin səbəbi müqaviləyə xitam veriləcəyi halda məşqçiyə ödəniləcək təzminatdır.
Qeyd edək ki, 55 yaşlı mütəxəssis 2021-ci ildən "Yuventus"u çalışdırır.
Röya