"Yuventus”un baş məşqçisi Massimiliano Alleqri komandasını Çempionlar Liqasının 1/4 finalına çıxarandan sonra "Barselona” ilə üz-üzə gəlmək istəmədiyini söyləyib.
Fanat.Az "Deyli Meyl”ə (Daily Mail) istinadən xəbər verir ki, öz meydanında 2:2 hesablı bərabərliyə razılaşdığı "Tottenhem”i dünən səfərdə 2:1 hesabıyla yenən Turin təmsilçisinin çalışdırıcısı belə deyib: "Hər il: "Barselona”, "Barselona”, "Barselona”. Yetər! Üz-üzə gəlmək istəmədiyim yeganə komanda "Barselona”dı”.
Qeyd edək ki, "Yuventus” son 4 Çempionlar Liqası macərasının 3-də "Barsa”yla qarşılaşıb.
Fanat.Az