Alkantara "Barselona"dan getdi - RƏSMİ

Alkantara "Barselona"dan getdi - RƏSMİ

İyulda futbolçu karyerasını bitirən və "Barselona"nın alman çalışdırıcısı Hans-Diter Flikikə köməkçi təyin edilən Tyaqo Alkantara İspaniya nəhəngindən ayrılıb.

Fanat.Az xəbər verir ki, məlumatı Kataloniya təmsilçisinin mətbuat xidməti yayıb.

33 yaşlı sabiq futbolçunun "blauqrana" ilə əməkdaşlığa son qoymasının səbəbi açıqlanmayıb. Onu sözügedən klubun gənclərdən ibarət komandasında işləyən Arnau Blanko əvəzləyib. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər