Türkiyə millisinin və "İnter"in futbolçusu Hakan Çalhanoğlu Avropanın ən yaxşı yarımmüdafiəçisinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Calciomercato" "Nerazzurri"nin yarımmüdafiəçisinin dediklərini belə çatdırıb:
“Hazırda Avropanın ən yaxşı yarımmüdafiəçisi kimdir? Mən özümü ən yaxşı hesab edirəm. Həqiqətən də belə düşünürəm. Bilirəm ki, çoxlu güclü oyunçular və çempionlar var, amma mən daim artırıram, inkişaf edirəm”.
Çalhanoğlu ötən mövsüm "İnter"in heyətində 40 matçda iştirak edib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin Milan nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. Onun bazar qiyməti 40 milyon avrodur.
Mirağa