Çağlar Söyüncü "Atletiko"dan ayrılır - Son ünvanı hara olacaq?

Çağlar Söyüncü "Atletiko"dan ayrılır - Son ünvanı hara olacaq?

"Atletiko Madrid"də çıxış edən Çağlar Söyüncü karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

 Fanat.Az "ElDesmarque"-yə istinadən xəbər verir ki, İstanbul nəhəngləri "Fənərbaxça" ilə "Beşiktaş" onun xidmətində maraqlıdır.

Mənbənin məlumatına görə, mövsümün əvvəlində “Lester”dən ayrılaraq "Atletiko"ya azad agent kimi keçən Çağlar Madrid komandasında az oyun keçirməsinə görə durumundan narazıdır. Onun sabit oynaya biləcəyi komandaya getmək istədiyi bildirilir.  

Qeyd edək ki,  27 yaşlı Çağlar Söyüncü bu mövsüm "Atletiko Madrid"də cəmi 4 matçda forma geyinmək şansı qazanıb.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər